Русский боец батальона «Бозгурд»

Русский Бозгурдовец: «Я азербайджанец русского происхождения»

Иосиф Исаев — русский (из Баку) по национальности, воевал на стороне Азербайджана во время Карабахского конфликта..
Прошёл всю войну составе батальона «Боз Гурд»

Tanış olun. İsayev İosif Serqeyeviç. 1989 – cu ildən Qarabağ uğrunda döyüşlərə qoşulmuş, əslən Bakı rusu olan, hamının “ Yoska” deyərək çağırdığı bir döyüşçü. Xırda para ( özü demiş) yaraları və iki kontuziyaı olub.
1963.27.12 –də Bakı şəhərində anadan olmuş rus kökənli azərbaycanlı balası. ( özü demişkən)
Bir nənəsi , həyat yoldaşı və bir oğlu var

— Yoska, Salam.
— Salam.
— Hansı dildə danışaq?
— Necə hansı? Azərbaycanda deyilik, deməli azərbaycan dilində danışacağıq.
— Mən Nurəddin bəydən aldım sənin telefonunu, istəyirəm 1- 2 sualıma cavab verəsən.
— Bilirəm, komandir mənə zəng eləmişdi.
— Necəsən?
— Pis deyiləm. Hamı necə məndə elə.
— Yox axı sən hamı kimi deyilsən. 4 il müharibə, odun alovun içindən çıxmısan.
— Kimdir buna baxan. Özüdə mən buna görə vuruşmadım ki. Mən vətənimin yolunda vuruşurdum.
— Axı indi deyirlər hamı rus vətəndaşlığı alır. Vətən Rusiyadır deyirlər.
— Qələt edirlər. Mənim, atamın, atamın atasının və ilaxır vətənləri Azərbaycandır. Mən özümdə rus kökənli azərbaycanlıyam.
— Yoska neçə il vuruşdun?
— 89- 93 ə qədər. Amma onuda deyim ki, 89- 90 da biz vuruşmurduq. Daha çox silah, sursat əldə edib rayonlara göndərirdik. Sırf döyüşlərə 91- ci ildən girdik. Rəhmətlik Əsəd onda şəhid oldu.
— Əsəd demişkən onun meyidini Ağdərədə vışkanın yanından sən çıxartdın.
— Özgə kim çıxartmalıydı ki? Əlbətdə mən çıxartdım. O mənim uşaqlıq dostum olub.
— Sənin üçün ən ağır və ən yadda qalan döyüşlərin hansı olub.
— ( duruxur və bir anlıq fikrə gedir) Ən ağır döyüş Qubadlıdan Kafan- Görüs tərəfə ermənilərin arxasına keçəndə oldu. Biz 13 nəfər razveqruppa ermənilərin arxasına keçdik. Əsas məqsəd girov götürmək idi. Çünki bizim camaatdan onlarda çoxlu əsir var idi. Dəyişmək lazım idi. Razvedqruppanın komandiri “ Boz Qurd” batalyonundan Vaqif Saımanov idi. Cin Mübariz və başqalarıda var idi. Ermənilərin arxasına yaxşı keçdik. Amma ərazinin içinə daxil olanda görünür harda isə səhf buraxmışdıq. Ermənilər bizi pusquya saldılar. PK- nın düz üstünə çxdıq. Ermənilərlə güclü atışmaya düşdük. Ərazi onların, düz gəlib kazarmalarının üstünə çıxmışdıq. Qüvvə mütanasibliyi 1-3 idi. Nə isə atışa atışa çəkildik. Orda 2 nəfər itki verdik. Vaqif Salmanovla, Cin Mübariz. Vaqifin meyitini qaytara bildik, amma bu günə qədər Mübarizin meyidi yoxur. Nə ölüsünü nə də dirisini gördüm deyən yoxdur.
Ən yadda qalan isə Sarıbaba əməliyyatı idi. Erməninin arxasına 3- 5 km girmişdik. 6 erməni postu ələ keçirmişdik. Söz verilən kömək gəlmədi. Yaxşı ki, komandir ratsiya ilə bizə geri qayıdmaq əmri verdi. Yoxsa Laçına qədər gedib, örda ölümümüzü tapacaydıq. O döyüşdən itkisiz çıxdıq. Sağ olsun Petroviç, yaxşı kömək etdi. Rəhmətlik Vaqifə qalsaydı düz Laçına gedəcəydik. ( Petroviç 62 yaşında bir belarus zabiti idi. Batalyonda mənə kömək edirdi.red.)
— Yoska sən rus, müharibədə sənə qarşıda ruslar vuruşurdu. Buna necə baxırsan?
— Mən vətənimin yolunda vuruşurdum. Könüllü. Onlar isə pul alırdılar buna görə. Muzdlu idilər. Fərqimiz onda idi. Mən erməni- rus düşmənlərinə qarşı vuruşdum.
— Yoska heç müharibədə arvad, uşaq öldürmüsən? Baş qulaq kəsmisən?
— Birinci komanir icazə vermirdi. İkinci mən əskər idim, qəssəb zad deyildim ki baş, qulaq kəsib, arvad uşaqla vuruşaydım. Əskər meyidin üstündə ədəbsizlik etməz. Bu əskərə yaraşmaz və şərəf gətirməz. Mən diri düşmənlə vuruşurdum, ölü isə artıq mənim düşmənim deyildi, sadəcə meyid idi.
— Axı onların vəhşiliklərini dəfələrlə görmüşük. Bizimkilərin başına nə oyunlar açırlar.
— Ona görə onlar ermənidirlər. Axı mən erməni deyiləm. Mən rus əsilli azərbaycanlıyam. Azərbaycanda isə mərdlik kişilik görmüşəm. Və həmişə bununla fəxr etmişəm.
— Heç sənə rus olduğun üçün təzyiqlər nə bilim hansısa bir sənə qarşı hərəkətlər olub?
— (gülür) Kimin buna duxu çatar. Ömür boyu 8- ci km qəsəbəsində böyümüşəm. Hamımız qardaş idik.
Ən yaxın dostum isə Əsəd idi. Onu Ağdərədə itirdim. Yaşadığım torpaq mənim vətənimdir. Mən burda göz açmışam, atam, babam kimi burdada dəfn ediləcəm.
— Azərbaycan dilini yaxşı bilirsən.
— Bilməliyəm da. Azərbaycanlı deyiləm. Azərbaycanlı azərbaycan dilini bilməlidir. Amma na dilim rus dilidir.
— Deyəsən Moskva pasportu paylayır, getmək fikrin yoxdur ?
— Dedim axı mən azərbaycanlıyam. Hara gedirəm. Hələ ikinci Qarabağ savaşı olacaq.
— Savaşacaqsan? Axı birincidən nə qazandın? 4 il vuruşdun heç veteranda deyilsən. Vermirlər.
— Düzdür. İstəsəydim pul verib alardım. Təklif etmişdilər. Amma mən belə veteranlığı istəmirəm. Görürəm, heç müharibə görməyənlər, məni döyüşdüyümə görə lağa qoyanlar hamısı veterandılar.
— İstəmirəm onların cərgəsinə qoşulum. Bu Əsədin, İbrahimin ( Mili Qəhrəman), Hüseynin və başqa döyüş yoldaşlarımın ruhuna təhqirdir.

Ссылка: https://vk.com/azerbaycanturku