Ağlasığmaz etiraf: Xocalıda zorlayır, diri-diri yandırırdıq…

Xocalıda ələ keçirdiyimiz əsirləri sıraya düzüb, bizə qarşı döyüşənləri yerindəcə öldürürdük. Biz monqol iyi verən bu türk itlərini işgəncə ilə öldürüb, onların çığırtısını eşitdikcə çox zövq alırdıq. Bizə ən zövq verən isə Suriya ermənilərinin gətirdiyi xüsusi alət idi ki, o alətlə türklərin skalpını çıxarıb, bəzək əşyası, külqabı düzəldirdik.

Axar.az xəbər verir ki, bu sözləri Xocalı soyqırımının iştirakçısı olmuş erməni terrorçusu Levon Saribekyan 1998-ci ildə Argentina mətbuatına verdiyi müsahibədə deyib.

Sözügedən müsahibəni tərcümə edərək sosial şəbəkədə paylaşan yəhudi Aron Hanukaev erməni terrorçusu Levon Saribekyanın müsahibəsindəki dəhşətli məqamlara toxunub.

L.Saribekyan 1991-ci ildə könüllü xidmətə başladığını və türklərə hədsiz nifrət etdiyini bildirib:
“Biz hər bir türkü məhv etməli olduğumuza inanırdıq. Bizim üçün öldürdüyümüz insanların uşaq, qoca, qadın, hamilə, xəstə, çarəsiz olmasının fərqi yox idi. Sadəcə türk olması kifayət edirdi.

1992-ci ilin fevralında biz Xocalını ələ keçirmək üçün son hazırlıqlara başladıq. Stepanakertdə (Xankəndi) hər gün xüsusi təlimlər keçirdik. Kilsədəki keşişlərimiz bizə türklərin necə murdar, qaniçən olduğundan danışırdı. Bu da bizdə onlara qarşı nifrət hissini daha da artırırdı. Fevralın 20-də Zori Balayan yanımıza gəldi. Bizə xeyir-dua verərək bütün türkləri qırmağın erməni xalqına səadət gətirəcəyini və gələcək “Böyük Ermənistan”ın qurulmasında mühüm rol oynayacağını dedi”.

Terrorçu L.Saribekyan Xocalıda törətdikləri haqda danışarkən bunları deyib:
“Biz 1992-ci il fevralın 23-də Nuraguha yerləşdik. Sıralarımızda Suriya, Livan, Fələstin və Fransadan gələn ermənilər də var idi. Fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücuma keçdik. Azərbaycan əsgərləri bizə müqavimət göstərirdi. Biz qarşımıza çıxan bütün evlərə hücum edir, yaşından asılı olmayaraq hər kəsi öldürürdük. Öldürdüyümüz insanlara mümkün qədər az güllə sərf edirdik. Qorxudan müqavimət göstərməyən qadın-uşaqları süngü-bıçaq və baltadan istifadə edərək işgəncə ilə öldürürdük. Bu, bizə xüsusi ləzzət verirdi. Öldürdüyümüz hər bir türk qisasımızın alınması demək idi”.

L.Saribekyan Bakı ermənilərinin də dəhşətli əməllərinin üstünü açıb:
“Bakı erməniləri Lalazar Babayan və Sumbat Bəybalayan sağlam olan uşaq, qadın, kişiləri seçib Stepanakertə aparıb, orda orqanların çıxarıb, baha qiymətə xarici ölkələrə satırdılar.

Biz bütün qadınları zorlayır, istədiyimiz kimi öldürürdük. Diri-diri yandırır, maşınlara bağlayıb sürüyürdük. Dişlərini sökür, gözlərini çıxarır, qulaqlarını kəsirdik. Yaralarına kislata tökürdük. Onlar qışqırıb ağladıqca biz daha çox işgəncə verməyə cəhd edirdik. Ən əyləncəlisi türklərin diri-diri yanan zaman çığırtılarını eşitmək idi. Bütün Xocalının küçələri murdar, iyrənc türk qanı ilə bir olmuşdu. Biz istədiyimiz qədər türk qanı axıdır, beləcə xalqımızın qisasını bu iyrənc türklərdən alırdıq. Bu, erməni kilsəsinin arzusu idi. Onlar bizim üçün tanrıdan xeyir-dua almışdı. Məncə, türk öldürmək günah deyil, əksinə, böyük bir mükafatdır. Düşünürəm ki, biz bu işdə günahkar deyilik, sadəcə xalqımız adına yaraşan hərəkəti etmişik və bundan heç vaxt peşman deyilik”.

Qeyd edək ki, müsahibəni paylaşan Azərbaycan yəhudisi Aron Hanukaev erməni terrorçusu Levon Saribekyanın 1963-ci ildə Gorusda anadan olduğunu, hazırda Argentinada yaşadığını bildirib.